Bank Of Baku

Azərbaycanla Çinin mərkəzi bankları və maliyyə sektorları arasında tərəfdaşlıq genişləndiriləcək

Azərbaycanla Çinin mərkəzi bankları və maliyyə sektorları arasında tərəfdaşlıq genişləndiriləcək
# 16 oktyabr 2025 14:36 (UTC +04:00)

ABŞ-nin Vaşinqton şəhərində Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak çərçivəsində Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşüb.

APA-Economics” xəbər verir ki, bu barədə Taleh Kazımov "X" hesabında paylaşım edib.

“Görüşdə ikitərəfli əlaqələrinin cari vəziyyətindən məmnunluq ifadə etdik və ötən ay imzalanmış Anlaşma Memorandumunun qurumlar arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcəyi ilə bağlı əminliyimizi vurğuladıq”, - paylaşımda qeyd olunur.

Qeyd olunur ki, görüşdə həmçinin hər iki ölkənin mərkəzi bankları və maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsi, maliyyə texnologiyaları, innovasiyalar və ödəniş sistemləri sahəsində təcrübə və məlumat mübadilələrinin keçirilməsi, həmçinin birgə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə töhfə verəcək fəaliyyətlərin əhəmiyyətindən danışılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR