Bank Of Baku

“Bakı Fond Birjası” ötən il 400 min manata yaxın zərər edib, aktivləri və kapitalı azalıb

“Bakı Fond Birjası” ötən il 400 min manata yaxın zərər edib, aktivləri və kapitalı azalıb
# 10 iyul 2024 16:42 (UTC +04:00)

“Bakı Fond Birjası” QSC (BFB) 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” BFB-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il BFB 367.9 min manat zərər edib. 2022-ci ildə isə qurumun zərəri 256 min manat idi.

Hesabat dövründə birjanın gəlirləri 3% artaraq 2 milyon 275.6 min manata, əməliyyat xərcləri isə 0.3% azalaraq 2 milyon 764.7 min manata bərabər olub. Beləliklə BFB-nin əməliyyat zərəri 489.2 min manat təşkil edib.

Ötən il BFB-nın cəmi aktivləri əvvəlki illə müqayisədə 5.6% və ya 674.3 min manat azalaraq 11 milyon 262.5 min manata, cəmi öhdəlikləri isə 8.7% və ya 124.2 min manat azalaraq 1 milyon 308.5 min manata bərabər olub.

2024-cü il yanvarın 1-nə BFB-nin cəmi kapitalı 9 milyon 954 min manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 5.2% və ya 550 min manat azdır.

Xatırladaq ki, 5.04 milyon manat nizamnamə kapitalı olan Bakı Fond Birjası 27 avqust 1997-ci ildə yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR