2021-ci ilin yanvar-iyun aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8% artaraq 2 094,5 mln. manat olub.
"APA-Economics"in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 749 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 83,5%-ni təşkil edib.