Bank Of Baku

Bakıda ASOSAI və ARABOSAI yüksək səviyyəli toplantıları keçirilir - FOTO

Bakıda ASOSAI və ARABOSAI yüksək səviyyəli toplantıları keçirilir - FOTO
# 17 iyul 2025 09:18 (UTC +04:00)

Bakıda Ali Audit Qurumlarının Asiya Təşkilatının (ASOSAI) İdarəetmə Şurasının 62-ci iclası keçirilir.

"APA-Economics" xəbər verir ki, toplantıda təşkilatın maliyyə hesabatları, strateji planları, ekoloji audit və davamlı inkişaf hədəfləri üzrə işçi qrupların fəaliyyəti, həmçinin INTOSAI ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Eyni zamanda, 2025–2031-ci illər üzrə INTOSAI İdarə Heyətinə ASOSAI nümayəndələrinin seçilməsi və 2026–2028-ci illər dövrü üçün INTOSAI xarici auditorunun təyinatı gündəmdə olacaq.

Ümumilikdə iyulun 17-19-da Bakı şəhərində Ali Audit Qurumlarının Asiya Təşkilatı (ASOSAI) və Ərəb Dövlətlərinin Ali Audit Qurumları Təşkilatı (ARABOSAI) çərçivəsində mühüm tədbirlər keçiriləcək. Tədbirlər Azərbaycan Hesablama Palatasının ev sahibliyi ilə baş tutacaq.

Bundan əlavə, süni intellektin audit fəaliyyətində tətbiqinə dair təqdimatlarla Azərbaycan, Pakistan, Hindistan və İran təcrübəsi paylaşılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR