Cari ilin birinci yarısında Bakı üzrə ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 3% artaraq 11 007,3 mln. manat olub.
Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6% artaraq 5 710,4 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,4% artaraq 5 296,9 mln. manata bərabər olub.
Məlumata görə, istehlak məhsullarının 35,9%-i hüquqi şəxs statuslu müəssisələrdə, 42,5%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,6%-i isə paytaxtın məhsul bazarlarında satılıb.