Bu ilin yanvar-avqust aylarında Bakının iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,7% artaraq 668,7 mln. manat olub.
“APA-Economics”in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, dövriyyənin 45,3%-i hüquqi şəxs statuslu müəssisələrin, 54,7%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.
Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-avqust aylarına nisbətən 0,1% artaraq 302,8 mln. manat təşkil edib.