Bu ilin yanvar-avqust aylarında Bakının ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% artaraq 13 141,4 mln. manat olub.
“APA-Economics”in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6% artaraq 5 918,1 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3% artaraq 7 223,3 mln. manata bərabər olub.
İstehlak məhsullarının 28,3%-i hüquqi şəxs statuslu müəssisələrdə, 45,5%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,2%-i isə paytaxtın məhsul bazarlarında satılıb.