"Bank BTB”nin İdarə Heyətinə yeni sədr müavini təyin edilib

"Bank BTB”nin İdarə Heyətinə yeni sədr müavini təyin edilib
# 19 mart 2024 10:35 (UTC +04:00)

"Bank BTB” ASC-nin İdarə Heyətinə yeni sədr müavini təyin edilib.

"APA-Economics" bu barədə banka istinadən xəbər verir. Məlumata görə, Abbasov Nihad Oktay oğlu fevral ayının sonundan Bankın İdarə Heyətinin sədrinin müavini, İdarə Heyətinin üzvü seçilib.

Qeyd edək ki, N. Abbasov 2014-cü ildən etibarən "Bank BTB"də əmək fəaliyyətinə başlayıb. 2018-ci ildə bankın Problemli kreditlər departamentinin direktor müavini, 2020-ci ildə isə Problemli kreditlər departamentinin direktoru təyin edilib. 2023-cü ildən yeni vəzifəsinə qədər bankın aktivlərlə iş departamentinin direktoru vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR