Bank Of Baku

"Bank Melli İran" Bakı filialının xalis mənfəəti 2 dəfədən çox azalıb

"Bank Melli İran" Bakı filialının xalis mənfəəti 2 dəfədən çox azalıb
# 11 aprel 2022 12:15 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında "Bank Melli İran" Bakı filialının xalis mənfəəti 268,8 min manat təşkil edib.

"APA-Economics"in bankın maliyyə hesabatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 2,3 dəfə azdır. Bankın xalis faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 17,8% artaraq 834,9 min manata çatsa da, aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmaların 5,9 dəfə artaraq 106,7 min manat təşkil etməsi və xarici valyuta əməliyyatları üzrə gəlirlərin 9,4 dəfə azalaraq 39,840 min manata enməsi yekunda xalis mənfəətin böyük azalmasına gətirib çıxarıb.

Qeyd edək ki, "Bank Melli İran"ın cəmi aktivləri ilin əvvəlində 3,1% artaraq martın 31-nə 89,49 mln. manat, cəmi öhdəlikləri isə 4,6% artaraq 53,80 mln. manat təşkil edib. Cəmi kapital isə 0,8% artaraaq 35,69 mln. manata çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR