"Bank of Azerbaijan"nın kreditorlarının tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək

"Bank of Azerbaijan"nın kreditorlarının tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək
# 25 may 2024 17:01 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 82.1.5-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri üzrə ödəniş 29 may 2024-cü il tarixdən etibarən başlanacaq.

Bu barədə “APA Economics”ə Əmanətlərin Sığortalanması Fondundan bildirilib.

Qeyd edilib ki, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək: “Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müvafiq sənədləri (bank rekvizitləri əlavə edilməklə) təqdim etməklə müraciət etsinlər. Ünvan: Bakı şəhəri, Babək prospekti 16, ƏSF-nin inzibati binası. Qaynar xətt əlaqə nömrəsi: 941”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR