Bank Of Baku

"Bank Standard"ın Kreditorlar Komitəsinin sədri istefa verəcək

"Bank Standard"ın Kreditorlar Komitəsinin sədri istefa verəcək
# 11 iyun 2019 16:01 (UTC +04:00)

Ləğv prosesində olan "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov istefa verəcək. "APA-Economics"in məlumatına görə, bu barədə Ə. Həsənov sözügedən Komitənin növbəti iclasında deyib.

Onun sözlərinə görə, iclasın gündəliyində duran əsas məsələ Komitənin yeni tərkibdə formalaşması və yeni sədrin seçilməsidir. 

Ə. Həsənov təklif edib ki, bugünkü iclasın iştirakçıları Komitənin sədri və katib vəzifəsinə namizədləri özləri irəli sürsünlər. O, həmçinin, əlavə edib ki, səsvermə keçirmək üçün bugünkü iclasda Komitənin yetərincə üzvlərinin iştirak etmədiyi üçün iclasda heç bir qərar qəbul olunmayacaq.

Qeyd edək ki, iclasda komitənin 27 üzvündən cəmi 11-i iştirak edir. Əsasnamənin tələblərinə görə isə bu say minimum 18 olmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR