Bank Of Baku

"Bank Standard"ın qayıdan vəsaitləri öncə bankın ADIF-ə olan borcun silinməsinə yönəldilir

"Bank Standard"ın qayıdan vəsaitləri öncə bankın ADIF-ə olan borcun silinməsinə yönəldilir
# 11 iyun 2019 17:43 (UTC +04:00)

Ləğv prosesində olan "Bank Standard" QSC-nin Əmanətlərin Sığortalanması Fonduna (ADIF) 400 mln. manatdan artıq borcu var və bu vəsaitlər qayıtdıqca “Banklar haqqında” Qanuna uyğun olaraq ilk növbədə bu borcunun silinməsinə yönəldilir.

"APA-Economics"in məlumatına görə, bunu ləğv prosesində olan "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin növbəti iclasında ADIF-in icraçı direktorunun müavini Vüqar Abdullayev deyib.

Onun sözlərinə görə, qeyd olunan məbləğ Fondun hesabına qorunan əmanətçilərə depozitlərin qaytarılmasına sərf edilib. 

“Yığılan vəsaitlər “Banklar haqqında” Qanunun müvafiq maddəsinə uyğun olaraq ilk növbədə həmin borcun bağlanmasına yönəldilir”, - deyə V. Abdullayev bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR