Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50102476S dövlət qeydiyyat nömrəli, 170 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 15 investor tərəfindən qiyməti 99,5158 AZN (6,26%) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 515 093 200 AZN olub.
Qeyd edək ki, AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5158 AZN (6,26%), orta ölçülmüş qiyməti 99,5158 AZN (6,26%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 mln. AZN təşkil edib.
Notların ödəmə tarixi 31 oktyabr 2019-cu ildir.