Bank Of Baku

BFB-də AMB-nin 30 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 30 mln. manatlıq notları yerləşdirilib
# 04 oktyabr 2019 16:17 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50302576S dövlət qeydiyyat nömrəli, 30 mln. manat həcmində, 168 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 96,9681 AZN (6,70%) və 97,3647 AZN (5,80%) olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 117 325 000 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 97,2145 AZN (6,14%), orta ölçülmüş qiyməti isə 97,2514 AZN (6,06%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi 23 mart 2020-ci ildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR