Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105019753, 10 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 95,5675 AZN (10,0000%) və 101,1032 AZN (6,900%) olan 18 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100,5496 AZN (7,2000%), orta ölçülmüş qiyməti isə 100,7165 AZN (7,1093%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 39 833 900 manat, yerləşdirilmiş həcmi isə 10 mln. manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 2021-ci ilin oktyabrın 5-dir.
Hərrac iştirakçıları 9 oktyabr 2019-cu il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.