Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106018754, 15 mln. manat həcmində, 1 092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 93,7555 AZN (11,0000%) və 100,6527 AZN (8,2499%) olan 17 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100,2604 AZN (8,4000%), orta ölçülmüş qiyməti isə 100,4610 AZN (8,3231%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42 529 500 manat, yerləşdirilmiş həcmi isə 15 mln. manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 2022-ci ilin sentyabrın 20-dir.
Hərrac iştirakçıları 25 sentyabr 2019-cu il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.