Bank Of Baku

BFB rəhbəri ABB səhmlərinin ucuzlaşmasına münasibət bildirib

BFB rəhbəri ABB səhmlərinin ucuzlaşmasına münasibət bildirib
# 18 iyul 2025 16:26 (UTC +04:00)

Kapital bazarlarında səhm qiymətlərində dəyişiklik investorların gözləntiləri ilə bağlıdır.

"APA-Economics" xəbər verir ki, bunu Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov deyib.

O bildirib ki, investisiya şirkətlərinin üzərinə məlumatların yayılması baxımından böyük iş düşür:

"Geniş auditoriyaya bankın fəaliyyəti, gəlirləri barəsində geniş məlumat verilməlidir. Əgər investorların gözləntiləri müsbət yöndə olsa bankın səhmlərinin qiyməti yüksələ bilər"- deyə sədr əlavə edib.

Xatırladaq ki, ötən il səhmlərinin İPO-sunu keçirən ABB səhmlərinin qiyməti hazırda 25 qəpiyə enib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR