2023-ci ilin birinci rübündə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisi 3,4 milyard dollar təşkil edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrünə nisbətən 14,6% azdır. Qeyd edək ki, 2022-ci ilin birinci rübündə CƏH-in profisiti 3,9 milyard dollar təşkil edib.
Cari əməliyyatlar hesabının ÜDM-də payı18.9%-ni təşkil edib. Neft-qaz sektoru üzrə CƏH-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2.9 dəfə artaraq 5.5 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə 18.2% artaraq 1.5 mlrd. dollar məbləğində olub.