"BOKT Embafinans" QSC bu ilin I yarısı üzrə maliyyə vəziyyətini açıqlayıb.
“APA-Economics” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu ilin ilk yarısında "Embafinans"ın faiz gəlirləri 4,147 milyon manat (2021-ci ilin ilk yarısına nisbətən 10,8% çox), faiz xərcləri 918,3 min manat (6,8% çox), xalis faiz gəlirləri 3,228 milyon manat (10,3% çox) olub.
Hesabat dövründə BOKT-un qeyri-faiz gəlirləri 51,7% artaraq 883,7 min manata, qeyri-faiz xərcləri 5% artaraq 1,871 milyon manata, əməliyyat mənfəəti isə 29,4% artaraq 2,240 milyon manata bərabər olub. BOKT 447 min manat mənfəət vergisi (30% çox) ödədikdən sonra 1,788 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,6% çoxdur. 2021-ci ilin birinci yarısında BOKT 1,379 milyon manat xalis mənfəət açıqlamışdı.
Bu il iyulun 1-nə "BOKT Embafinans"ın aktivləri 38,253 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,7% çoxdur. Bunun 34,020 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Son 6 ayda BOKT-un kredit portfeli 16,2% böyüyüb.
Hesabat dövründə BOKT-un öhdəlikləri 9,5% artaraq 23,412 milyon manata yüksəlib, balans kapitalı isə 5,1% azalaraq 14,841 milyon manata enib.