Bank Of Baku

Bu il Azərbaycana sürətli pul köçürmələri ilə 1.2 mlrd. manata yaxın vəsait daxil olub

Bu il Azərbaycana sürətli pul köçürmələri ilə 1.2 mlrd. manata yaxın vəsait daxil olub
# 30 sentyabr 2025 14:45 (UTC +04:00)

2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 153.8 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 319.1 milyon manata bərabər olub.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən apardığı hesablamalara görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 4% və ya 48.1 milyon manat, banklardan xaricə köçürmələr isə 7.9% və ya 27.4 milyon manat azalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 201.9 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 346.5 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR