Azərbaycanın bank sektoru bu ilin yanvar-noyabr ayları ərzində 1 milyard 58.9 milyon manat xalis mənfəət əldə edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, qeyd olunan göstərici ötən ilin eyni dövrünə nisbətən 9.6% çoxdur.
Hesabat dövründə bankların xalis faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.1% artaraq 2 milyard 827.7 milyon manat, əməliyyat mənfəəti isə 7.5% artaraq 1 milyard 651.6 milyon manata bərabər olub. Bu dövrdə bankların mənfəət vergisi ödəmələri isə 265.5 milyon manat təşkil edib.