Bank Of Baku

Bu il Azərbaycanda ortaillik inflyasiya 9% təşkil edəcək - Dünya Bankı

Bu il Azərbaycanda ortaillik inflyasiya 9% təşkil edəcək - Dünya Bankı
# 11 aprel 2022 09:35 (UTC +04:00)

Bu il Azərbaycanda istehlak qiymətlərinin ortaillik artımının 4,5% təşkil edəcəyi gözlənilir.

"APA-Economics"in məlumatına görə, bu barədə Dünya Bankının yenilənmiş regional hesabatında deyilir. Qeyd edilir ki, idxal olunan ərzaq və qeyri-ərzaq mallarının qiymətlərinin sürətlə artması və daxili tələbatın bərpası bu il inflyasiyanın sürətlənməsinə səbəb olacaq. Xarici inflyasiya təzyiqlərinin 2022-ci ildə yüksək, daha sonra isə orta səviyyədə qalacağı gözlənilir.

Qeyd edək ki, bank 2023-cü ildə ölkədə ortaillik inflyasiyanın 4,6%-ə qədər yavaşlayacağını proqnozlaşdırır.

Xatırladaq ki, Asiya İnkişaf Bankının son proqnozuna görə, Azərbaycanda istehlak qiymətlərinin ortaillik artımı 2022-ci ildə 7% təşkil edəcək. 2023-cü ildə isə orta illik infyasiyanın zəifləyərək 5,3% səviyyəsinə enəcəyi proqnozlaşdırılır. Ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR