Bank Of Baku

Bu il Azərbaycanın qızıl ixracından gəlirləri 300 mln. dollara yaxınlaşıb

Bu il Azərbaycanın qızıl ixracından gəlirləri 300 mln. dollara yaxınlaşıb
# 30 dekabr 2025 10:13 (UTC +04:00)

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 297,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

APA-Economics” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın dekabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,4% və ya 110.8 milyon ABŞ dolları çoxdur.

Təkcə noyabr ayında isə Azərbaycan 20,6 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 11,2% və ya 2.6 milyon ABŞ dolları azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR