Bank Of Baku

Bu il Azərbaycanın sığorta bazarı 10%-ə yaxın böyüyüb

Bu il Azərbaycanın sığorta bazarı 10%-ə yaxın böyüyüb
# 21 avqust 2024 12:09 (UTC +04:00)

2024-ci ilin yanvar-iyul aylarında Azərbaycan sığorta bazarı üzrə yığımlar 9.5% artaraq 833 milyon 851 min manata çatıb.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə həyata keçirilən sığorta ödənişlərin həcmi 55.6% artaraq 440 milyon 192 min manata yüksəlib.

Sığorta bazarının zərərlilik göstəricisi artıb. Belə ki, ötən ilin ilk 7 ay ərzində toplanmış hər 100 manat sığorta haqqının 37.1 manatı ödəniş edilibsə, bu ilin eyni dövründə bu rəqəm 52.8 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR