Bu il ərzində “Borçalı Bank”ın ləğv etmə prosesi yekunlaşdırılacaq.
“APA-Economics”in əldə etdiyi məlumata görə, bu istiqamətdə Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən bütün hüquqi sənədlər hazırlanıb.
Növbəti ləğv etmə işlərinin yekunlaşdırılması isə “Azərbaycan Kredit Bankı” üzrə olacaq ki, bu istiqamətdə də demək olar ki, bütün kreditor tələbləri ödənilmək üzrədir. Yeganə hal üzrə açıq kreditor tələbi mövcuddur ki, o da cari il ərzində başlanılacağı nəzərdə tutulur və ləğv etmək üçün məhkəməyə müraciət olunacaq.
Qeyd edək ki, ölkədə bu günədək 21 bank ləğv etmədədir və onların heç birinin ləğvetmə prosesi başa çatmayıb.