2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz və ya 5,5 milyon manat artaraq 161,6 milyon manat icra edilib.
APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında əksini tapıb.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 170,8 milyon manat proqnoza qarşı 94,6 faiz və ya 9,3 milyon manat kəsrlə icra edilərək illik proqnozun 38,6 faizini təşkil edib.
Cari ilin yanvar-iyun aylarında mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar və fevral aylarında az, digər aylarda çox icra edilib.