Bank Of Baku

Bu il qeyri-neft gəlirlərinin büdcədəki payı 53%-dək artıb

Bu il qeyri-neft gəlirlərinin büdcədəki payı 53%-dək artıb
# 13 aprel 2022 15:36 (UTC +04:00)

2022-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 7 009,6 mln. manat təşkil edib ki, bu da proqnoz ilə müqayisədə 6,3%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 22,2% çoxdur.

"APA-Economics"in Maliyyə Nazirliyinin məlumatları əsasında apardığı hesablamalara görə, büdcə gəlirlərinin 47,3%-i neft sektorundan 52,7%-i isə qeyri-neft sektorundan gəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə neft gəlirlərinin büdcədəki payı 6,6% faiz bəndi azalıb, qeyri-neft gəlirlərinin payı isə müvafiq olaraq 6,6 faiz bəndi artıb. Real ifadədə neft gəlirlərinin həcmi 7,2%, qeyri-neft gəlirlərinin həcmi isə 39,8% artıb.

Belə ki, hesabat dövründə büdcənin neft gəlirlərinin həcmi 3 314,5 mln. manat təşkil edib. Bu məbləğin 557,5 mln. manatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin neft sektorundan daxilolmaları, 2 757 mln. manatı isə Azərbaycan Dövlət Neft Fondunun transfertlərinin payına düşüb.

Dövlət büdcəsinin qeyri-neft gəlirlərinin həcmi 3 695,1 mln. manat təşkil edib. Bu məbləğin 2 244,7 mln. manatı Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft sektorundan daxilolmaların, 1 232 mln. manatı Dövlət Gömrük Komitəsindən daxilolmalarının, 165,1 mln. manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxil olan vəsaitlərin, 53,3 mln. manatı isə sair daxilolmaların payına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR