Bank Of Baku

BVF: Azərbaycanda iqtisadi artım 2029-cu ilə kimi 2,3% təşkil edəcək

BVF: Azərbaycanda iqtisadi artım 2029-cu ilə kimi 2,3% təşkil edəcək
# 07 fevral 2024 14:27 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda iqtisadi artımın 2029-cu ilə kimi 2,3% təşkil edəcəyini proqnozlaşdırıb.

"APA-Economics" xəbər verir ki, bu, BVF-nin İcraiyyə Şurasının Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələrin yekunlarına əsaslanan qiymətləndirməsində öz əksini tapıb.

Fondun qiymətləndirmələrinə görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 4,7%-dək azalacaq, 2025-ci ildə 5%-ə qədər artacaq, 2026-cı ildə 4,5%-dək, 2027-2028-ci illərdə isə 4%-dək azalacaq.

BVF hesab edir ki, ölkənin yüksək neft qiymətləri ilə dəstəklənən xarici mövqeyi xarici ticarətin müsbət saldosu və valyuta ehtiyatlarının artması hesabına güclü olaraq qalacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR