İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-iyul ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 113,44% əməl edib.
"APA-Economics"in məlumatına görə, bu barədə DGK sədri Səfər Mehdiyev bildirib.
Onun sözlərinə görə, nəzərdə tutulan proqnozdan əlavə 287,14 mln. manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.