Bu ilin ikinci yarısında Çinin xarici ticarətinin həcminin artımı yavaşlayacaq.
"APA-Economics"in məlumatına görə, bu cür proqnozla Çinin Ticarət Nazirliyi çıxış edib.
Nazirlik xammal bahalaşmasının və dəniz nəqliyyatı ilə bağlı problemlərin xarici ticarət şirkətlərinin gəlirliliyini azaldacağını bildirir. Üstəlik, nazirlik Çində avtomobil satışlarının 2021-ci ilin qalan müddəti ərzində artacağını proqnozlaşdırır.