Bank Of Baku

Daha bir broker şirkət ASA-nın üzvü olub

Daha bir broker şirkət ASA-nın üzvü olub
# 08 iyun 2023 15:18 (UTC +04:00)

Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) üzvlüklə bağlı daxil olmuş daha bir müraciətə baxılıb və qəbul edilib.

APA-Economics” xəbər verir ki, “Zəmanət Sığorta və Təkrarsığorta Brokeri” şirkətinin Azərbaycan Sığortaçılar Assosiasiyasına üzvlüklə bağlı ünvanladığı müraciət müsbət qiymətləndirilib və adı çəkilən şirkət ASA-nın üzvlüyünə qəbul edilib.

Broker şirkət ASA-ya üzv olmaqla Assosiasiyanın işçi qruplarının iclaslarında, habelə həyata keçirilən genişmiqyaslı layihələrdə iştirak edəcək, bununla yanaşı fəaliyyətinin stimullaşdırılmasında ASA-nın imkanlarından istifadə edə biləcək.

Xatırladaq ki, ASA-nın üzvlərinin sayı 5-i həyat sığortası şirkəti, 15-i qeyri-həyat sığortası şirkəti, 1-i təkrarsığorta və 3-ü sığorta brokeri şirkəti olmaqla 24-ə yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR