"Doing Business 2020" hesabatı tam şəkildə Dünya Bankı tərəfindən cari ilin 24 oktyabr tarixində açıqlanacaq.
Dövlət Gömrük Komitəsindən (DGK) "APA-Economics"ə verilən məlumata görə, bunu Azərbaycan Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının "Sərhəddə ticarət" indikatoru üzrə işçi qrupunun görüşündə çıxış edərkən DGK sədrinin birinci müavini İsmayıl Hüseynov deyib.
Onun sözlərində görə, Dünya Bankı tərəfindən nəşr edilən "Doing Business 2020" hesabatının ilkin buraxılışına əsasən, Azərbaycanın dünyanın 20 ən islahatçı ölkəsindən biri kimi elan olunması ölkə başçısı tərəfindən ölkədə həyata keçirilən iqtisadi islahatların nəticəsidir.
İ. Hüseynov vurğulayıb ki, buraxılışa uyğun olaraq, Azərbaycan Cənubi Qafqaz üzrə yeganə, MDB üzrə isə dörd ölkədən biridir.