Dövlət Neft Fondu media nümayəndələri üçün təlim keçirib - FOTO

Dövlət Neft Fondu media nümayəndələri üçün təlim keçirib - FOTO
# 28 iyun 2024 17:00 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) kommunikasiya strategiyasına uyğun olaraq, media qurumları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, iqtisadi sahədə fəaliyyət göstərən media nümayəndələrinin peşəkarlıq səviyyəsinin, eləcə də, onların iqtisadi-maliyyə, o cümlədən investisiya sahəsində biliklərinin artırılması məqsədilə 27-28 iyun tarixlərində ARDNF-də “Suveren Fondların investisiya fəaliyyəti” mövzusunda təlim keçirilib.

APA-Economics” xəbər verir ki, ARDNF-nin İcraçı direktorunun müavini Bəhruz Bəhramov təlim iştirakçılarını salamlayaraq bildirib ki, media ilə əməkdaşlığın daha da möhkəmləndirilməsi və media mənsublarının maarifləndirilməsi bizim ictimaiyyətə kommunikasiya etdiyimiz mesajların düzgün formada çatdırılması və aşılanmasında mühüm əhəmiyyətə malikdir.

Təlim iştirakçılarına ARDNF-nin yüksək ixtisaslı əməkdaşları tərəfindən Suveren Sərvət Fondlarının yaranma məqsədləri, missiyası, investisiya istiqamətləri, portfel bölgüsü, beynəlxalq fiskal qaydalar, səhm ticarəti, səhm bazarı indeksləri, sabit gəlirli qiymətli kağızlar, istiqrazlar və daşınmaz əmlak investisiyaları barədə ətraflı məlumat verilib və bu mövzularla bağlı təhlili materiallar təqdim olunub.

Təlim zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb və sözügedən mövzular ətrafında fikir mübadiləsi aparılıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR