Bank Of Baku

Dövlət Neft Fondu və Mərkəzi Bank media nümayəndələri üçün birgə təlim keçirib

Dövlət Neft Fondu və Mərkəzi Bank media nümayəndələri üçün birgə təlim keçirib
# 25 oktyabr 2022 15:20 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun və Azərbaycan Mərkəzi Bankının birgə təşkilatçılığı ilə 25 oktyabr 2022-ci il tarixində mətbuat nümayəndələri üçün "İcmal büdcənin formalaşmasında ARDNF-nin rolu”, ”Qlobal iqtisadi trendlər və ARDNF-nin investisiya fəaliyyəti" və “Uçot dərəcəsi qərarının iqtisadiyyata təsirləri” mövzularında təlim keçirilib.

"APA-Economics" xəbər verir ki, təlim iştirakçılarına ölkədə icmal büdcənin formalaşmasında ARDNF-nin rolu, mövcud qlobal iqtisadi münasibətlər şəraitində ARDNF-nin investisiya fəaliyyətinin xüsusiyyətləri, həmçinin Mərkəzi Bankın pul siyasətinin mahiyyəti və alətləri, uçot dərəcəsinin əsas pul siyasəti aləti kimi rolu və əhəmiyyəti, uçot dərəcəsilə bağlı siyasət qərarlarının maliyyə, o cümlədən pul bazarına təsiri, pul siyasətinin transmissiya mexanizmi barədə ətraflı məlumat verilmiş, mövzularla bağlı təhlili materiallar təqdim olunub.

Təlim zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR