Bank Of Baku

Dünya Bankı Azərbaycanın icmal büdcəsində profisit gözləyir

Dünya Bankı Azərbaycanın icmal büdcəsində profisit gözləyir
# 11 aprel 2022 10:26 (UTC +04:00)

Dünya Bankı bu il Azərbaycanın icmal budcəsinin profisitinin ÜDM-in 4,3%-ini təşkil edəcəyini gözləyir.

"APA-Economics"in məlumatına görə, bu barədə Dünya Bankının yenilənmiş regional hesabatında deyilir. Bildirilir ki, profisiti əlverişli neft-qaz qiymətləri, canlanan iqtisadi fəaliyyətlə əlaqədar artan büdcə gəlirləri və 2022-ci ildə qüvvəyə minməsi gözlənilən qeyri-neft/qaz ilkin balansını hədəfləyən yeni büdcə qaydası ilə şərtləndirilmiş sabit xərclər dəstəkləyəcək. 2023-cü ildə isə profisitin ÜDM-in 4,4%-i səviyyəsində olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, hökümətin 2022-ci il üçün təqdim etdiyi icmal büdcəsi üzrə layihəsinə görə, Azərbaycanın bu il üçün icmal büdcəsinin gəlirləri 27,677 mlrd. manat, xərcləri isə 32,906 mlrd. manat məbləğində nəzərdə tutulur. Kəsirin proqnozlaşdırılan ÜDM-in 5,1%-nə bərabər olması gözlənilir.

Qeyd edək ki, 2021-ci ildə icmal büdcəsinin 33,904 mlrd. manat, xərcləri isə 29,991 mlrd. manat təşkil edib. Nəticədə 3,913 mlrd. manatlıq və ya ÜDM-in 4,2%-i səviyyəsində profisit yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR