Bank Of Baku

Dünya Bankı: Ukrayna iqtisadiyyatı 45% azalacaq, yoxsulluq 20%-dək arta bilər

Dünya Bankı: Ukrayna iqtisadiyyatı 45% azalacaq, yoxsulluq 20%-dək arta bilər
# 11 aprel 2022 16:24 (UTC +04:00)

Dünya Bankı bu il Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və ölkədə apardığı müharibə fonunda, Ukrayna iqtisadiyyatının real ifadədə 45% azalacağını güman edir.

"APA-Economics"in Dünya Bankının yenilənmiş regional hesabatına istinadən verdiyi məlumata görə, iqtisadi tənəzzülün dəqiq miqyası müharibənin müddətindən və intensivliyindən asılı olacaq. Dünya Bankı bildirir ki, Ukrayna iqtisadiyyatının bir çox amilləri çökür və ölkədə insanların didərgin düşməsi nəticəsində yoxsulluğun səviyyəsi 1,8%-dən 19,8%-ə qədər yüksələ bilər.

Proqnozlara görə, bu il Ukraynada inflyasiya 15%, 2023-cü ildə isə 19% təşkil edəcək. Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Anna Byerde qeyd edib ki, Ukraynanın təcili və genişmiqyaslı maliyyə dəstəyinə ehtiyacı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR