Avqustun 2-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,51% – 39,737.26 bəndədək, S&P 500 indeksi 1,84% – 5,346.56 bəndədək, Nasdaq indeksi isə 2,43% – 16,776.16 bəndədək azalıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında isə avqustun 2-də FTSE 100 indeksi 1,31% – 8,174.71 bəndədək, Almaniyanın DAX indeksi 2.33% – 17,661.22 bəndədək, Fransanın CAC-40 indeksi isə 1,61% – 7,251.80 bənddək enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,11% artaraq 1.0911 dollar təşkil edib.