SWIFT banklararası köçürmə sisteminə əsasən, iyul ayında dünyanın ən populyar valyutaları müəyyənləşib.
"APA-Economics"in SWIFT-in materiallarına istinadən verdiyi məlumata görə, iyul ayında reytinqin liderləri dəyişməyib. Belə ki, birinci yeri ABŞ dolları tutub (39,38% pay ilə), bu valyutanın payı həm illik, həm də aylıq nisbətdə bir qədər azalıb. İkinci yerdə avro (38,43%) qərarlaşıb. Avropa valyutasının payı illik ifadədə 5 faiz bəndinə yaxın artıb, lakin aylıq ifadədə bir qədər azalıb. Siyahının üçüncü yerində də ənənəvi olaraq Britaniya funt sterlinqi (5,99%) qərarlaşıb. İlk beşliyə Yaponiya yeni (2,74%) və Çin yuanı (2,19%) da daxil olub.
Siyahıda ümumilikdə 20 ölkənin valyutası yer alıb.
Dünyanın ən populyar valyutaları:
|
# |
Valyuta |
Payı, % |
|
1 |
ABŞ dolları |
39,38 |
|
2 |
Avro |
38,43 |
|
3 |
Britaniya funt |
5,99 |
|
4 |
Yaponiya yeni |
2,74 |
|
5 |
Çin yuanı |
2,19 |
|
6 |
Kanada dolları |
1,65 |
|
7 |
Avstraliya dolları |
1,33 |
|
8 |
Honkonq dolları |
1,25 |
|
9 |
Sinqapur dolları |
0,95 |
|
10 |
Tailand batı |
0,75 |
|
11 |
İsveç kronu |
0,66 |
|
12 |
İsveçrə frankı |
0,63 |
|
13 |
Norveç kronu |
0,63 |
|
14 |
Polşa zlotısı |
0,52 |
|
15 |
Malayziya rinqqiti |
0,33 |
|
16 |
Danimarka kronu |
0,33 |
|
17 |
Cənubi Afrika randı |
0,29 |
|
18 |
Yeni Zelandiya dolları |
0,27 |
|
19 |
Meksika pesosu |
0,22 |
|
20 |
Rusiya rublu |
0,18 |