Bank Of Baku

DVX xətti ilə dövlət büdcəsinə daxilolmalar 300 mln. manatdan çox artıb

DVX xətti ilə dövlət büdcəsinə daxilolmalar 300 mln. manatdan çox artıb
# 02 sentyabr 2025 12:09 (UTC +04:00)

2025-ci ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 11 561,1 milyon manat təşkil edib.

APA-Economics” xəbər verir ki, bu mənbədən vergi daxilolmaları proqnozdan 592,1 milyon manat və ya 5,4 faiz çox icra edilib.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.9% və ya 333,6 milyon manat artıb.

Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə 15,5 milyard manat köçürülməsi proqnozlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR