ABŞ-ın transmilli elektron ticarət korporasiyası "eBay" ödəniş provayderlərinin və əsas çatdırılma xidmətlərinin dayandırılması səbəbindən Rusiya ünvanları ilə bütün əməliyyatları dayandırıb.
"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bundan sonra Rusiyada yaşayan satıcıların hesabı "Tətildə"di rejimində olacaq.
Qeyd edək ki, Rusiyadan fəaliyyət göstərən istifadəçilərin bütün aktiv elanları bağlanacaq və alıcılar bu məhsulları ala bilməyəcəklər.