Bank Of Baku

Əli Əhmədov: Azad edilmiş torpaqlarda bərpa işləri çox böyük vəsait tələb edir

Əli Əhmədov: Azad edilmiş torpaqlarda bərpa işləri çox böyük vəsait tələb edir
# 24 oktyabr 2023 10:55 (UTC +04:00)

İşğaldan azad edilmiş torpaqlarda bərpa işləri çox böyük maliyyə vəsaiti tələb edir.

"APA-Economics" xəbər verir ki, bunu baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib.

Onun sözlərinə görə, 30 il işğal müddətində Azərbaycanın 10 min kvadrat kilometr ərazisi, yəni ölkənin məskunlaşmış ərazisinin 8-də 1-i tamamilə məhv edilib.

“Dayanıqlı inkişaf məqsədlərinin (DİM) həyata keçirilməsi baxımından hökumət qarşısında dayanan ən böyük vəzifə bu torpaqların bərpa və yenidən qurulması, qaçqın və məcburi köçkünlərin həmin ərazilərdə məskunlaşdırılmasıdır. Bərpa prosesinin böyük maliyyə vəsaiti tələb etməsi eyni zamanda burada şəffaflığın qorunması baxımından dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində audit qurumlarının fəaliyyətini gündəmə gətirir. Bu baxımdan DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının dialoqu çox önəmlidir”, - deyə Əli Əhmədov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR