Bank Of Baku

Əli Əsədov Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb

Əli Əsədov Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
# 14 sentyabr 2022 18:53 (UTC +04:00)

Sentyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Şişin Çen ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə AİB arasında uzunmüddətli səmərəli tərəfdaşlığın inkişafından məmnunluq ifadə edilib.

Birgə həyata keçirilən layihələrin icra vəziyyəti, AİB-in 2024-2028-ci illəri əhatə edəcək ölkə üzrə tərəfdaşlıq strategiyasının əsas prioritetləri və əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR