Bank Of Baku

Elman Rüstəmov: "Bu il Azərbaycanda inflyasiyanın hədəf diapazonunun yuxarı həddinə yaxnılaşacağı proqnozlaşdırılır"

Mərkəzi Bankın sədri Elman Rüstəmov

© APA | Mərkəzi Bankın sədri Elman Rüstəmov

# 30 iyul 2021 12:34 (UTC +04:00)

"Əsasən xərc amillərinin təsirini nəzərə alınmaqla iyulda 2021-ci ilin sonuna inflyasiya proqnozu yüksək istiqamətində təsis edilib və Azərbaycanda inflyasiyanın səviyyəsi 2021-ci ildə hədəf diapazonunun yuxarı həddinə yaxnılaşağı proqnozlaşdırılır".

"APA-Economics"in məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, ölkədə ötən faiz qərarının açıqlanmasından bəri inflyasiya tempi azalıb və iyunda 0,5%-lik aylıq deflyasiya, illik inflyasiya isə 4,7% olub.

AMB sədri bildirib ki, illik ərzaq inflyasiyası 5,3% təşkil edib ki, bu da  qlobal ərzaq inflyasiyası ilə müqayisədə təxminən 10 faiz bəndi azdır.

Xatırladaq ki, 2020-ci ildə illik inflyasiya 2,8%, ilin ilk yarısında isə 4,3% təşkil edib. Hədəf diapazonu isə 4±2% civarındadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR