Bank Of Baku

Elxan Qəribli "Unibank”ın Müşahidə Şurasından ayrılıb

Elxan Qəribli "Unibank”ın Müşahidə Şurasından ayrılıb
# 12 mart 2024 16:05 (UTC +04:00)

"Unibank” ASC-nin Müşahidə Şurasının (MŞ) üzvü bankdan ayrılıb.

"APA-Economics"in əldə etdiyi məlumata görə, Elxan Qəribli bankın Müşahidə Şurasının üzvlüyündən ayrılıb.

Bununla da bankın Müşahidə Şurasının tərkibi sədr- Eldar Qəribovla birlikdə 4 nəfərdən ibarət olub.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - "Mbank" və "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 138,2 milyon manatdır. Bankın səhmlərinin 94,07%-i MŞ-nin sədri Eldar Qəribova, digər hissəsi isə 6 fiziki şəxsə aiddir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR