Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilik Şurasına yeni sədr və sədr müavini təyin edilib.
"APA-Economics" bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Gülər Paşayeva Himayəçilik Şurasının sədri seçilib. O bu vəzifədə AMB-nin baş direktoru Toğrul Əliyevi əvəz edib.
Bundan əlavə, AMB-nin digər baş direktoru Şahin Mahmudzadə HŞ-nin sədr müavini təyin edilib.
Qeyd edək ki, Fond ali idarəetmə orqanı olan Himayəçilik Şurası və icra orqanı olan İcraçı Direktor tərəfindən idarə olunur. Fondun Himayəçilik Şurası yeddi nəfərdən ibarətdir. Himayəçilik Şurasının tərkibinə Mərkəzi Bankın iki nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının üç nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi daxildir.