"Fitch" qlobal iqtisadi artım proqnozunu yaxşılaşdırıb

"Fitch" qlobal iqtisadi artım proqnozunu yaxşılaşdırıb
# 13 mart 2023 11:03 (UTC +04:00)

"Fitch Ratings" beynəlxalq kredit reyting agentliyi Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə qlobal iqtisadi artım proqnozunu yaxşılaşdırıb.

"APA-Economics" xəbər verir ki, reytinq agentliyi 2023-cü il üçün qısamüddətli qlobal iqtisadi artım proqnozunu ötən ilin dekabr proqnozuna nisbətən əhəmiyyətli dərəcədə artırıb. Belə ki, "Fitch" qlobal iqtisadi artım proqnozunu 1,4%-dən 2%-ə, Çinin 2023-cü il üçün artım proqnozunu 4,1%-dən 5,2%-ə, Avrozona üzrə proqnozu 0,2%-dən 0,8%-ə, ABŞ-ın artımını isə 0,2%-dən 1,0%-ə kimi artırıb.

Agentlik bildirib ki, bu artım Çinin Covid-19 pandemiyası ilə bağlı məhdudiyyətləri aradan qaldırması, Avropada təbii qaz böhranının əhəmiyyətli dərəcədə yumşalmasını və ABŞ-ın istehlakçı tələbində qısamüddətli və təəccüblü stabilliyi əks etdirir.

"Fitch Ratings" qeyd edib ki, ABŞ Federal Ehtiyatlar Sistemi(FED) və Avropa Mərkəzi Bankının (ECB) sürətli faiz artımının təsirini nəzərə alaraq 2024-cü il üzrə iqtisadi artım proqnozunu 2,7%-dən 2,4%-ə endirib.

"Fitch" həmçinin əlavə edib ki, Avropa qaz böhranı son aylarda qaz təchizatının dayanması, ehtiyatların mövsümi normalara nisbətən yaxşılaşması və topdansatış qiymətlərinin kəskin şəkildə aşağı düşməsi ilə son dərəcə azalıb. Bu, avrozonanın iqtisadi böyümə perspektivlərinə və əsas inflyasiya təzyiqlərini azaltmağa kömək edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR