Bank Of Baku

"Forbes": ABŞ-ın 400 ən zəngin insanının sərvəti 2,96 trln. dollara çatıb

"Forbes": ABŞ-ın 400 ən zəngin insanının sərvəti 2,96 trln. dollara çatıb
# 02 oktyabr 2019 17:07 (UTC +04:00)

ABŞ-ın ən zəngin vətəndaşlarının reytinqində yer alan amerikalıların varidatı 2,96 trln. ABŞ dollarına çatıb, onların orta sərvəti isə 7,4 mlrd. dollaradək artıb.

"APA-Economics"in "Forbes" jurnalına istinadən verdiyi məlumata görə, 400 amerikalının sərvəti rekord həddə – 2,96 trln. dollara çatıb ki, bu da 2018-ci illə müqayisədə 2,2% çoxdur. Eyni zamanda, reytinq iştirakçılarının orta sərvəti il ərzində 200 mln. dollar artaraq 7,4 mlrd. dollara çatıb.

Qeyd edək ki, 2019-cu ildə sözügedən reytinqə daxilolma həddi 2,1 mlrd. dollar olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR