Bank Of Baku

"Goldman Sachs" ABŞ iqtisadiyyatı üzrə proqnozunu azaldıb

"Goldman Sachs" ABŞ iqtisadiyyatı üzrə proqnozunu azaldıb
# 11 mart 2022 15:09 (UTC +04:00)

"Goldman Sachs Group" transmilli investisiya bankı ABŞ iqtisadiyyatının builki artımı üzrə proqnozunu azaldıb.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, proqnozun pisləşdirilməsi artan neft qiymətləri və Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda digər xam malların bahalaşması səbəbindən reallaşıb. Bank bundan əvvəl ABŞ-da ÜDM-in 2022-ci ildə 3,1% səviyyəsində böyüyəcəyini gözləyirdi, hazırda isə proqnoz 2,9%-ə qədər azaldılıb.

"Goldman"ın analitikləri əsas metalların çatışmazlığı ABŞ-da istehsalı məhdudlaşdırarsa, gələn il ölkənin resessiyaya daxil olma ehtimalının 20-35% səviyyəsində olacağını düşünürlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR