2023-cü ilin yanvar -oktyabr aylarında gömrük xətti ilə büdcə daxilolmaları 12,7% artaraq 5 milyard 235,8 milyon manata çatıb.
"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, ötən ilin eyni dövründə bu rəqəm 4 milyard 646,7 milyon manat təşkil edib.
Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 356,9 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 19,3 % çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 3 milyard 655,7 milyon manat (10% çox), aksizlər üzrə daxilolmalar 186,5 milyon manat (39.3% çox), yol vergisi üzrə daxilolmalar isə 36,5 milyon manat (30,6% az) təşkil edib.