Bank Of Baku

“Günay Sığorta” birinci yarımili 197,8 min manat zərərlə başa vurub - Hesabat

“Günay Sığorta” birinci yarımili 197,8 min manat zərərlə başa vurub - Hesabat
# 26 avqust 2022 12:16 (UTC +04:00)

“Günay Sığorta” 2022-ci ilin birinci yarısı üzrə maliyyə hesabatını açıqlayıb.

"APA-Economics" xəbər verir ki, sığorta şirkəti bu ilin birinci yarısını 197,8 min manat xalis zərərlə başa vurub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 2,8 dəfə azdır. Belə ki, sığorta şirkəti 2021-ci ilin birinci yarısında 554,4 min manat xalis zərər açıqlamışdı.

Bu dövrdə sığorta şirkəti kiçilib. Belə ki, 2022-ci ilin iyulun 1-nə “Günay Sığorta”nın cəmi aktivləri 7,9% azalaraq 15,053 milyon manata, cəmi öhdəlikləri 14,8% azalaraq 7,481 milyon manata enib. Sığorta şirkətinin cəmi kapitalı 8,674 milyon manata bərabər olub ki, bu da ilin əvvəli ilə müqayisədə 2,3% azdır. Şirkətin yığılmış zərəri isə 628,4 min manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR